Hacıqabul rayonunun Qızılburun kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovozun mühərriki və kabinə hissəsi 40 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
“Azərbaycan Dəmir Yollar” QSC-dən “Report”a bildirilib ki, hadisə elektrovoz təmirə gedən zaman baş verib: “Elektrovozun içi boş olub”.