Azadlıq prospektində işıqforların işləməməsinin səbəbi açıqlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
O bildirib ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospektində işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, ərazidə elektrik enerjisi verilişinin obyektiv səbəblərdən dayandırılmasıdır:
"Məsələ ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda qeyd olunan kəsişmədə işıqforların işi bərpa olunub".