Azad edilən ərazilərdə daha 35 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 35 mina aşkarlanıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə idə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 423 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50