Axtarışda olan şəxs silah-sursatla tutuldu

Bakıda axtarışda olan şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xətai rayon ərazisində qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsi və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan, 1970-ci il təvəllüdlü Nürəddin Abıyev tutulub.

Axtarış zamanı ondan 1 ədəd kustar üsulla hazırlanan tapança, 1 ədəd bıçaq və 1 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lənkəran rayonunda zəlzələ olub 29 sentyabr, 2026 / 16:01
Cəlilabadda ev yanıb 29 sentyabr, 2026 / 09:36