Atası ilə Qazaxa gedən gənc qadın yolda avtobusdan düşərək itib - FOTO

Tərtər. 17 avqust. REPORT.AZ/ Tərtər rayonundan avtobusla atası ilə birgə Qazaxa gedən 29 yaşlı qadın itkin düşüb. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, Füzuli rayonunun Mahmudlu kənd sakini, 1989- ci il təvəllüdlü Könül Pünhan qızı Hüseynova avqustun 7-də atası ilə birlikdə Tərtər rayonundan Qazaxa gedərkən yolda avtobusdan düşüb, mağazaya getdiyini bildirsə də geri qayıtmayıb. 

Qadının atası Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) müraciətdə edib. Tərtər RPŞ-da əməliyyat-axtarış tədbirləri başlanılıb.

Onu görən və yerini bilən şəxslərdən bu nömrələrlə əlaqə saxlamaları xahiş olunur.

(055) 211-66-36

(022) 236-30-34

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14