Astarada yol qəzası olub, xəsarət alan var

Astara. 25 oktyabr. REPORT.AZ/ Astara rayonunda yol qəzası baş verib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Ərçivan-İstisu yolunda, Artupa kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Astara rayon sakini, 1962-ci il təvəllüdlü Nazir İsmayıl oğlu Əliyev ağır bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14