Prokurorluq: "Astarada kişinin faciəli şəkildə ölməsi ilə bağlı araşdırma aparılır"

Astarada kişinin faciəli şəkildə ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, iyunun 16-sı saat 09 radələrində 1961-ci il təvəllüdlü Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə ("laqonda") işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05