Astarada maşınla vurulan şəxs xəstəxanada ölüb

Bakı. 26 fevral. REPORT.AZ/ Astarada maşınla vurulan şəxs xəstəxanada ölüb. "Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, fevralın 24-də saat 14 radələrində Astara şəhərində şəhər sakini Araz Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Məhəmməd Əsədovu vurub. Xəstəxanaya yerləşdirilən M.Əsədov fevralın 25-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47