Astarada avtomobil ata və oğlunu vurub

Astarada avtomobil ata və oğlunu vurub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-i vurub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26