Astarada 9 yaşlı uşağı maşın vurub

Astara. 9 aprel. REPORT.AZ/ Astara şəhərində 9 yaşlı uşağı maşın vurub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan Rzazadə Allahverdi İsrafil oğlu evlərinin yaxınlığında avtomaşın tərəfindən vurularaq ciddi xəsarət alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan yaralı ilkin tibbi müdaxilədən sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54