Astara sakinini cərəyan vuraraq öldürüb

Bakı. 19 iyun. REPORT.AZ/ Axşam saatlarında Astara rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, Astara rayon, Siyəkü kənd sakini, 1984-cü il təvəllüdlü Zahidov Təlcan Süleyman oğlu evlərində elektrik xətti ilə ehtiyatsız davrandığından onu cərəyan vurub.

Yaralı təcili xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı dünyasını dəyişib.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37