Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb - FOTO

Astara. 27 iyun. REPORT.AZ/ Astara sakinindən avtomat silah və narkotik vasitələr götürülüb.

“Report”un Cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhəri Qum küçəsi ev 130-da qeydiyyatda olan 1985-ci il təvəllüdlü Şiriyev Vüqar Fərhad oğlunun evinə baxış keçirilib.

Baxış zamanı onun mənzilindən 1 kq-dan çox çəkidə olan heroin, 5,4 qr həşiş qətranı, ümumi çəkisi 540 qr olan tiryək və 1 ədəd 410 kalibri “Sayqa” markalı pnevmatik avtomat silah, bir ədəd sandıqça və həmin silaha aid 31 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı polis şöbəsində araşdırma aparılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05