Astara sakini özünü bıçaqlayaraq öldürüb

Astara. 1 iyul. REPORT.AZ/ Astara şəhərində intihar hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, Nizami küçəsində yaşayan 1958-ci il təvəllüdlü, Məmmədov İsrafil Abdulla oğlu özünə bıçaqla xəsarət yetirib.

O, "təcili yardım" maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər