Astara sakini döyülərək ağır xəsarət alıb

Astara. 14 iyul. REPORT.AZ/ Astara sakini döyülərək ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Hamuşam dağ kəndində baş verib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1992-ci il təvəllüdlü Cəbiyev Rövşən Pozan oğluna qapalı kəllə-beyin travması diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Zərərçəkənə baş nahiyəsindən daşla xəsarət yetirildiyi bildirilir.

Hadisənin hansı şəraitdə baş verdiyi açıqlanmır. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər