ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

"Report"a daxil olan xəbərdarlıqda deyilir:

"Qaydalara riayət edək - Təhlükəsiz mühitin yaradılmasına dəstək olaq! Mina - gizlədilmişdir. Təhlükəli ərazilərə daxil olmayın. Minalanmış ərazilər ölüm tələsidir. Yaxınlaşmayın, daxil olmayın. Partlamamış hərbi sursatlar ölümcüldür. Ailənizi və yaxınlarınızı düşünün. Xəbərdaredici işarələrə əməl edin, evinizə sağlam qayıdın!"

Digər xəbərlər

Lənkəranda dördotaqlı ev yanıb 05 fevral, 2026 / 13:21