AMB üç illik auditor axtarır

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının 2019, 2020 və 2021-ci illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış maliyyə hesabatlarının illik auditinin Beynəlxalq Audit Standartlarına uyğun keçirilməsi üzrə açıq tender elan edib.

“Report” AMB-yə istinadən xəbər verir ki, iddiaçı tender təklifini və tender təklifinin bank təminatını ən geci aprelin 8-də saat 18:00-dək, digər sənədləri isə 28 mart saat 18:00-dək AMB-nin inzibati binasına təqdim edilməlidir.

Tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçı şirkətin və audit heyəti rəhbərinin mərkəzi banklar auditində iş təcrübəsi olmalıdır.

Tender proseduru aprelin 9-da saat 15:00-da AMB-nin inzibati binasında keçiriləcək.  

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47