Salyan sakinindən silah-sursat götürüldü

Salyan sakinində silah-sursat aşkarlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Peyk kənd sakini H.Fərəcovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və 8 ədəd patron aşkar edilərək götürülüb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39