Ağsuda minik avtomobilinin "KAMAZ"a çırpılması nəticəsində 1 nəfər ölüb

Bakı. 16 iyul. REPORT.AZ/ Ağsu rayonunun ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü 1962-ci il təvəllüdlü Salmanov Mirsəlim Mirzəağa oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobildə sıxılmış vəziyyətdə qalmış meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 23:40-da başa çatıb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33