Ağsuda iki azyaşlı kanala düşərək boğulub

Bakı. 22 iyul. REPORT.AZ/ Ağsu rayonunda iki azyaşlı kanala düşərək boğulublar. 

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də rayonun Gəgəli kəndi ərazisində rayon sakinləri, azyaşlılar Bulud Talıblı və Unur Talıbov ehtiyatsızlıqdan Yuxarı Şirvan kanalına düşərək suda boğulublar.

Meyitlər sudan çıxarılıb. Araşdırma aparılır. 

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41