Ağsuda evdən oğurluq edən şəxs kənd camaatı tərəfindən tutulub

Ağsu. 21 iyun. REPORT.AZ/ Ağsu rayonunun Qaraqaşlı kəndində oğurluq hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, naməlum şəxs mənzillərdən birinin sahibinin evdə olmadığını bildiyindən ora oğurluğa gedib.

Lakin oğru evdən çıxan zaman hadisə şahidləri tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər