Ağstafada zəncirvari yol qəzası baş verib, yaralılar var

Ağstafa. 4 iyul. REPORT.AZ/ Ağstafa rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində Həsənsu yolunda qeydə alınıb. 

Belə ki, üç avtomobil toqquşub. Nəticədə 2 nəfər - 16 yaşlı Eltac Əsgər oğlu Hüseynov və 10 yaşlı Nurlan Azər oğlu Qurbanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29