Ağstafada yol qəzası olub, xəsarət alan var

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Ağayev Şahmar Əlvan oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər