Ağstafada yol qəzası nəticəsində iki nəfər xəsarət alıb

Ağstafa. 12 avqust. REPORT.AZ/ Ağstafa şəhərində iki avtomobil toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə 1984-cü il təvəllüdlü Gəncə şəhər sakini Quliyev Rəşad Vaqif oğlu və 1962-ci il təvəllüdlü Ağsatafa rayon sakini Hüseynova Sevda Bəhruz qızı müxtəlif bədən xəsarətləri alıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47