Ağstafada 84 yaşlı kişi zəhərlənib

Ağstafa rayonunda mal-qara üçün nəzərdə tutulan dərmandan zəhərlənən kişinin şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, zəhərlənən şəxs rayonun Qırılı kənd sakini, 1937-ci il təvəllüdlü Komsomol Məmmədəliyevdir.

O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. K.Məmmədəliyevin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

21:32

Ağstafa rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yerli sakin (şəxsiyyəti dəqiqləşdirilir-red) mal-qara üçün istifadə edilə maddədən zəhərlənib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33