​Ağstafada üçotaqlı evdə yanğın baş verib

Bakı. 14 fevral. REPORT.AZ/ Axşam saatlarında Ağstafa rayonunun Köçəsgər kəndində vətəndaşa məxsus kürsülü birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı yanıb.

"Report" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər