Ağstafada Türkiyə vətəndaşı döyülüb

Ağstafa. 31 avqust. REPORT.AZ/ Ağstafa rayonunda Türkiyə vətəndaşı naməlum şəxslər tərəfindən döyülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, 1982-ci il təvəllüdlü Fatih Ali oğlu Bahdiyar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, F.Bahdiyar Ağstafa rayonuna qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər