Ağstafada tapılan meyitin şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Ağstafa. 2 dekabr. REPORT.AZ/ Bu gün Ağstafanın Aşağı Göycəli kəndində tapılan naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un Qərb bürosu xəbər verir ki, meyit 1942-ci il təvəllüdlü Qocayev Alı Dövlət oğluna məxsusdur.

Onun meyiti üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Ehtimallara görə, o, sərxoş halda olub və həmin ərazidən keçən zaman suya yıxlaraq boğulub.


***19:09

Ağstafa. 2 dekabr. REPORT.AZ/ Polis Ağstafada tapılan meyitin əlamətlərini yayıb.

Bu barədə “Report”un Qərb bürosuna Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilir ki, dekabrın 2-si, Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisində, Ağstafa-Aşağı Göycəli avtomobil yolundan 30 metr kənarda yerləşən su kanalında 65-70 yaşlı üzərində zorakılıq əlamətləri aşkarlanmayan kişi meyiti tapılıb. Meyiti tapılan şəxsin əlamətləri belədir: boyu 179 santimetr, sol əlinin üzərində döymə üsulu ilə “KƏPИM”,“ЯƏСЦ47” , “С.Ə”,“СНГ С.Ə”, “НАГЫ А” hərf və rəqəmləri yazılıb. Tapılarkən əynində boz rəngli kostyum-şalvar, sarımtıl rəngli köynək olub.

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud, Ağstafa rayon Polis şöbəsinə və yaxud yaxınlıqda yerləşən hüquq mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14