Ağstafada sərnişindən silah-sursat götürüldü

Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.

Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45