Ağstafada ruhi xəstə itkin düşüb

Ağstafa rayonunda 48 yaşlı ruhi xəstə itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə dekabrın 7-də rayonun M.Ə.Rəsulzadə küçəsi, ev 6 ünvanında baş verib.

Belə ki, rayon sakini, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan 1971-ci il təvəllüdlü Zoya Məmmədova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48