Ağstafada rəfiqələr arasında dava olub, bir nəfər xəstəxanaya yerləşdirilib

Ağstafa. 30 iyun. REPORT.AZ/ Ağstafada qadınlar arasında dava olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə bu gün Ağstafa şəhərində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb. 

O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47