Ağstafada 25 yaşlı qadın sirkə turşusundan zəhərlənib

Ağstafa rayonunda sirkə turşusundan zəhərlənən qadının şəxsiyyəti məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, sirkə turşusundan zəhərlənən Qırılı kənd sakini, 1996-cı il təvəllüdlü A.Əmiraslanovadır.

Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və hazırda vəziyyəti qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

13:12

Ağstafa rayonunda yerli sakin sirkə turşusundan zəhərlənib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Qadının hansı səbəbdən sirkə turşusu içdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12
Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41