Ağstafada piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. 28 avqust. REPORT.AZ/ Ağstafada piyadanı vurub qaçan sürücü tutulub.

"Report" xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də rayon sakini Fuad Həsənovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü - Qarahəsənli kənd sakini Elçin Mustafayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29