Ağstafada orta yaşlı kişini avtomobil vurub

Ağstafa. 23 dekabr. REPORT.AZ/ Ağstafada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1976-cı il təvəllüdlü Həsənsu kənd sakini Hümmətov Həbib Allahverdi oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34