Ağstafada ölümlə nəticələnən avtoqəza törədən sürücü həbs edilib

Ağstafa rayonu ərazisində avqustun 1-də gecə saatlarında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs həbs edilib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan "Report"un Qərb bürosuna bildirilib ki, Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mercedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi Daxili İşlər Orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39