Ağstafada həmyerlisini güllələyən şəxs saxlanılıb

Ağstafa. 28 fevral. REPORT.AZ/ Ağstafa rayonunun Dağkəsəmən kəndində silahlı insident törədən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəxsi münasibətlər zəminində rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Tural İbrahim oğlu rayonun Dağkəsəmən kənd sakini, 1984-cü il təvəllüdlü Niyazov Rauf Fikrət oğluna ov tüfəngi ilə atəş açaraq onu qol və bud nahiyələrindən yaralayıb. 

Yaralı yaxınları tərəfindən Qazax rayon Müalicə Diaqnoztika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Hadisəni törədən şəxs Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02