Ağstafada evdə yanğın olub

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində ev əşyaları 10 m² sahədə yanıb.

Bu barədə “Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41