Ağstafada 33 yaşlı kişini bıçaqlayan şəxsin kimliyi məlum olub

Ağstafada 33 yaşlı kişini bıçaqlayan şəxsin kimliyi məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Muğanlı kənd sakini, 33 yaşlı H.Qəribovu bıçaqlamaqda şübhəli bilinən Aşağı Kəsəmən kənd sakini, 1993-cü il təvəllüdlü Ə.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

21:04

Ağstafa rayonunda 33 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Muğanlı kənd sakini, 33 yaşlı H.Qəribov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı araşdırılır.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26