Ağstafada bıçaqlanma hadisəsi baş verib

Ağstafa. 25 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1985-ci il təvəllüdlü Aşağı Kəsəmən kənd sakini Sərvaz Vəliyev kürək və bud nahiyələrindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib və ona həkimlər tərəfindən tibbi yardım göstərilib. Kişinin hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə orta yaşlı kişi bıçaqlanıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45