Ağstafada avtomobillər toqquşdu, xəsarət alanlar var

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb mərkəzinin məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Qazax rayon sakinləri - 1965-ci il təvəllüdlü Manaf Nəsibov və həmyerlisi, 1989-cu il təvəllüdlü Murad Muradov xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya aparılıb və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47