Ağstafada avtomobil yol kənarındakı maneəyə çırpılıb, sürücü ölüb

Ağstafa. 3 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində baş verib.

Belə ki, rayonun Ağgöl kənd sakini Elxan Eminov idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə sürücü hadisə yerində ölüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47