Ağstafada avtomobil yanıb - FOTO

Ağstafa rayonunda avtomobilə qoşulan əlavə qurğu yanğına səbəb olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Dağ Kəsəmən kənd sakini Sənan Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil anidən alışıb.

Hadisə yerinə Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına avtomobilə qoşulan səsgücləndirici qurğu səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05