Ağstafada avtomobil qəzası baş verib, bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində Zəlimxan kənd sakini, 2002-ci il təvəllüdlü Ayxan Məmmədov ölüb.
Daha bir nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.