Ağstafada avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Qocayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Ona hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azərbaycanda zəlzələ olub 26 noyabr, 2026 / 20:56