Ağstafa. 12 avqust. REPORT.AZ/ Ağstafa rayonunda ata qızını döyərək ona xəsarət yetirib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Azadə İlqar qızı Bukavadze atası tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən A.Bukavadzenin vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəyə isə ailə daxili münaqişənin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.