Ağstafada 45 yaşlı kişi bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Xatai kənd sakini, 1975-ci il təvəllüdlü Sahib Quliyev bıçaqlanıb.

O, iki bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47