Ağstafada 3 avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafa. 14 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, üç avtomobilin toqquşması nəticəsində 2-si kişi, 4-ü qadın olmaqla 6 nəfər xəsarət alıb. Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahile Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30