Ağstafada 28 yaşlı kişi bıçaqlanıb

Ağstafa. 3 oktyabr. REPORT.AZ/ Ağstafa rayonunda 28 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində baş verib. 

Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Babək Şəmsi oğlu Abbasov bıçaqlanıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34