Ağstafada 27 yaşlı oğlan bıçaqlanıb

Ağstafa rayonunda bıçaqlanma olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Orxan Həsənov hər iki sarğı nahiyəsindən bıçaqlanıb. 

Yaralı xəstəxanaya aparılıb və cərrahiyyə əməliyyatı olunub.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi isə hələki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48