Ağstafada 24 yaşlı qadın dərman içərək intihara cəhd edib

Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb. "Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini olan 24 yaşlı qadın 20-dən çox eyni növ dərman preparatını içərək intihara cəhd edib. 

O, ağır halda xəstəxanaya aparılıb və həkimlər tərəfindən tibbi yardım alıb.Hazırda qadının vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir. 

Onun hansı səbəbdən bu addımı atması isə məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər