Ağstafada 1 yaşlı körpə yanıq xəsarətləri alıb

Ağstafa. 1 dekabr. REPORT.AZ/ Ağstafa rayonunda 1 yaşlı körpənin üzərinə qaynar su tökülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Ehtiyatsızlıqdan üzərinə qaynar su dağılan 1 yaşlı körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47